"Neftçi"dən havayı 5000 dollar alan: "Danışdım, razılığa gəldik"

27 Yanvar 2021 09:20 Neftçi 1 326
"Neftçi"dən havayı 5000 dollar alan: "Danışdım, razılığa gəldik"

"Həqiqətən də müqavilə imzalayacam".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"dən ayrılan Prins İbaraya məxsusdur.

Müqavilə ilə Belçika "Berşot"una məxsus konqolu hücumçu Əlcəzairin "Muludia" (MCA) komandasınna icarəyə veriləcək. O, "Berşot"un baş məşqçisi Uilyam Stillin planlarına daxil olmadığı üçün bacarığını başqa ölkədə göstərmək niyyətindədir.

İbara UCM komandasında çıxış etdiyi vaxt - 2019-cu ildə Əlcəzair çempionu olub. 25 yaşlı forvard mövsümün ilk yarısını "Neftçi"də icarə əsasında keçirib.

O, 7 oyuna 1 qol vurub və Samir Abasovun istəyi ilə 5000 dollarlıq legionerin müqaviləsinə vaxtından əvvəl xitam verilib:

"Artıq klubun rəhbərləri ilə danışdım, hər şey barədə razılığa gəldik. Viza və biletim hazır olan kimi müqavilə bağlamağa gələcəyəm.

Dəqiq tarixi bilmirəm, bununla bağlı iş gedir. Bu möhtəşəm kluba qoşulacağım üçün çox xoşbəxtəm və komandanın qollar vurması üçün əlimdən gələni edəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!