“O, Azərbaycan dilində danışa bilmir, buna görə də…”

13 Oktyabr 2024 03:10 Milli komanda 1 384
“O, Azərbaycan dilində danışa bilmir, buna görə də…”

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya ilə matçda kapitanlıq sarğısını Abbas Hüseynovun daşımasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, Bədavi Hüseynovun Azərbaycan dilini bilməməsinə görə Abbas Hüseynovun kapitan olduğunu söyləyib:

"Niyə olmasın ki? Düşünürəm ki, Abbas yaxşı kapitandır.

Əsas kapitan Bədavi Hüseynovdur. Amma o Azərbaycan dilində danışa bilmir. Ona görə də Abbasa üstünlük verdim".

Sözügedən oyunda Estoniya 3:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu