"Neftçi" ona da yeni müqavilə təklif etmədi

14 Yanvar 2021 13:00 Neftçi 915
"Neftçi" ona da yeni müqavilə təklif etmədi

«Neftçi» rəhbərliyi Səlahət Ağayev barədə qərarını müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, paytxt təmsilçisi millinin qapıçısına yeni müqavilə təklif etməyib.

Növbəti mövsümün planlarını indidən cızmağa başlayan «ağ-qaralar» təcrübəli kiperə kontraktının uzadılmayacağını elan edib.

Səbəb də göstərilib – maliyyə öhdəliklərinin yüksək olması. Ağayevin aylıq qazancı 27 min manata yaxındır və bakılı rəsmilər indi bunu kifayət qədər «ağır şərt» olaraq görməkdədir. Halbuki o, 3 ildən artıqdır bu komandadadır və həmişə də aşağı-yuxarı eyni maaşı alıb.

Səlahətin bir neçə dəfə zədələnməsi, əməliyyat olunması deyil onların gözünü qorxudan. Ötən ilin əvvəlindən etibarən əsas heyətdə yerini itirən qapıçının Aqil Məmmədovun kölgəsində qalmaq istəməməsi, dəfələrlə bu vəziyyətə etiraz etməsi onları yorub.

Samir Abasov Səlahət Ağayevin əvvəlki mövqeyini bərpa etmək niyyətindədir. Bunu özünə də söyləyib.

Sadəcə, bir «əmma» var – klub rəhbərliyi baş məşqçiyə müxtəlif yollarla təsir göstərir.

Abasovun nəzərinə çatdırılıb ki, Aqil Məmmədov son vaxtlar əla formadadır, üstəlik, komandanın lideridir, futbolçuların «ip»ini yığır, nizam-intizam məsələlərini nəzarətində saxlayır, belə durumda isə Səlahətə bu qədər böyük pul ödəməyə dəyməz.

Ağayev hələ mövsümlərarası fasilədə «Neftçi»ni tərk etməli idi. O, «Zirə» təmsilçiləri ilə görüşmüş, indi aldığı məbəlğdən qat-qat aşağı pula düşərgəni dəyişməyə razıılaşmışdı.

«Ağ-qaralar»ın prezidenti Kamran Quliyev də razıılaşmıışdı onun getməsinə, son anda nə fikirləşdisə, qərarını dəyişdi. Görünür, Səlahətin medallar uğrunda əsas rəqiblərindən olan «Zirə»ni daha da gücləndirəcəyindən qorxdu.

Əlbəttə, qorxan gözə çöp düşər. Quliyev bu qərarıyla həm «Neftçi»nin maliyyə yükünü artırdı, həm də qapıçının oyun təcrübəsi qazanıb, əvvəlki formasını bərpa etməsinə, beləliklə, milliyə dönməsinə əngəl yaratdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!