"Mən istəyirdim ki, milliyə baş məşqçi məhz o gəlsin"

8 Avqust 2020 12:58 Milli komanda 1 415
"Mən istəyirdim ki, milliyə baş məşqçi məhz o gəlsin"

«Mən istəyirdim ki, milli komandaya məhz o gəlsin».

Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmanıın müdafiəçisi Təmkin Xəlilzadə deyib.

«Sabah»ın da formasını geyinən təcrübəli futbolçu Canni De Byazinin ölkənin bir nömrəli komandasına təyinatından danışıb. Təmkin AFFA ilə 2 illik müqavilə bağlayan italiyalıı mütəxəssisin milliyə uğur qazandıracağına inandığını bildirib:

«O, mənim oyun tərzimə ən uyğun məşqçidir. De Byaziyə ümidlərim böyükdür. Nədənsə içimdə bir hiss var ki, onunla elə Millətlər Liqasında da uğur qazanacağıq. Biz bu il azarkeşlərimizi uğurlarımızla və çoxlu qalibiyyətlərimizlə sevindirəcəyik».

O, «De Byazi barədə nə bilirsiz? Onun haqda bu cür müsbət düşünməyiniz nədən qaynaqlanır?» sualına bu cür cavab verib:

«Eşitmişəm ki, hücum futbolunu sevir. Həm məşqçi, həm de insan olaraq, deyirlər, çox yaxşıı biridir. Milliyə təyinat alandan sonra bizə çox gözəl jest etdi.

Öz «facebook» səhifəsindən bizə Azərbaycan dilində mesaj yazmasını nəzərdə tuturam. Bu, bir azərbaycanlı və bir futbolçu kimi mənə olduqca xoş təsir bağşladı. İnşallah, məncə, bu məşqçi ilə ugur qazanacağıq».

Digər Xəbərlər
Xəbər Lenti