"Tunelin sonunda işıq görünür"

27 Aprel 2020 13:14 Milli komanda 554
"Tunelin sonunda işıq görünür"

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Foneks Rizing”in baş məşqçisi Rik Şans koronavirus pandemiyası səbəbindən yaranan fasilədən danışıb.

Sportinfo.az xəbər verir ki, klub saytına açıqlama verən amerikalı mütəxəssis oyunçuların hazır olmalarını bildirib:

“Tunelin sonunda işıq görünür. Ümid edirəm ki, futbollar tez vaxta başlayacaq. Oyunçular peşəkardılar. Onlar daim hazır olmalıdırlar. Futbola başlamaq üçün çalışmaq lazımdır”.

ABŞ-ın birinci liqasında (USL) çempionat ilk turdan sonra oyunlar dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti