"O anda qızlarımla ola bilmədim, bu, dəhşətlidir!"

25 Aprel 2020 10:30 Milli komanda 648
"O anda qızlarımla ola bilmədim, bu, dəhşətlidir!"

Xorvatiyanın paytaxtı Zaqrebdəki zəlzələ Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin ailəsinin yaşadığı binada da hiss olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə hazırda "Kayseripor"un sükanı arxasında olan 51 yaşlı mütəxəssisin özü "Sport.avaz.ba"ya müsahibəsində bildirib.

51 yaşlı mütəxəssis bildirib ki, hadisə zamanı ailəsi çətin anlar yaşayıb: "Zəlzələ binamızın üçüncü mərtəbəsindəki mənzilimizdə də hiss olunub. Qızlarım yaşadıqları qorxuları mənə danışdılar. Onlar üçün olduqca çətin olub. Mən isə ailəmlə birgə ola bilmədim, bu, dəhşətli idi".

Zaqrebdə zəlzələ martın 22-də baş verib. Robert Prosineçki Azərbaycan millisində 2014 - 2017-ci illərdə baş məşqçi olub. Xorvatiyalı baş məşqçi qızlarının zəlzələ vaxtı küçəyə çıxdığını və anaları ilə birlikdə qaynanası gilə getdiklərini söyləyib:

"Evlər xəsarət aldı, divarlar qırıldı, amma hər şey sürətlə bərpa olundu və ailəm bugünlərdə həmin mənzilə qayıtdı. Mənzilin yerləşdiyi bina, şəhərin mərkəzindəki qonşu binalardan daha əla vəziyyətdə idi".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi