Ramil onunla görüşə bilməyən şəxsin iş yerinə getdi: "Problem deyil"

10 Mart 2020 10:24 Milli komanda 829
Ramil onunla görüşə bilməyən şəxsin iş yerinə getdi: "Problem deyil"

Kürdəmirə səfər edən Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ramil Şeydayev doğma rayonunda azarkeşlərlə görüşüb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu azarkeşlərdən birinə gözəl jesti ilə diqqət çəkib.

Onun Kürdəmirə səfərlə bağlı "facebook"dakı paylaşımına izləyicilərdən biri işdə olacağı üçün qatıla bilməyəcəyini bildirib. Ramil isə həmin azarkeşlə görüşmək üçün çalışdığı yerə gedib.

Şeydayev onunla birgə fotosunu sözügedən paylaşımın rəy bölməsinə atıb.

Digər Xəbərlər
Xəbər Lenti