Yana(l) yana-yana özünü Azərbaycan millisinə təklif etdi

4 Mart 2020 18:34 Milli komanda 1 219
Yana(l) yana-yana özünü Azərbaycan millisinə təklif etdi

Azərbaycan millisinin baş məşqçisi postuna ən real namizəd Ərsun Yanaldır.

Bu iddia ilə Türkiyə mətbuatı yenidən çıxış edib. Qonşu ölkə KİV-nin yaydığı informasiyaya əsasən, Abdullah Avcı ilə danışıqları uğursuz alınan AFFA diqqətini Yanala yönəldib.

Dünən “Fənərbaxça”dan ayrılan və hazırda işsiz olan Yanalla danışıqlara tezliklə start veriləcək. Həmkarlarımız assosiasiya rəhbərliyinin tezliklə 59 yaşlı mütəxəssislə əlaqə saxlayacağını və rəsmi təklif göndərəcəyini vurğulayıblar.

Yanalın adı hələ yanvar ayında da yığmamızla birgə hallanmış, lakin onun “Fənərbaxça”da olması AFFA rəhbərliyini geri addım atmağa vadar etmişdi.

Millimizə digər namizədlər Covanni De Byazi və Çesare Prandelli göstərilir.

Sportinfo.az-ın AFFA rəhbərliyinə yaxın mənbələrdən aldığı son məlumata görə, Ərsun Yanal öz xidmətini federasiyaya təklif edib.

Onun 1 il üçün istədiyi məbləğ 1 milyon avrodan başlayır. Ümumiyyətlə, türkiyəli çalışdırıcının fikrindən keçən müqavilə müddəti 3 ildir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!