Şahin Diniyev Qurban Qurbanovun "bostanına daş atdı"

4 Mart 2020 13:40 Milli komanda 1 590
Şahin Diniyev Qurban Qurbanovun "bostanına daş atdı"

Dünən Millətlər Liqasının püşkü atıldı. C liqasının 1-ci qrupunda qərarlaşan Azərbaycan millisinə Lüksemburq, Kipr və Monteneqro milliləri rəqib oldu.

Millimizin keçmiş baş məşqçisi Şahin Diniyev Sportinfo.az-a açıqlamasında qrupdakı rəqiblərimizi belə dəyərləndirib:

"Öncədən də bilinirdi ki, güclü rəqib düşmə ehtimalı yoxdur. Aşağı-yuxarı bərabər gücdə olan milli komandalar idi. Yalnız Yunanıstan, Kosovo və Sloveniyanı fərqləndirə bilərdik ki, onlar da bizə rəqib olmadı. Qrupumuza düşən hər biri rəqib bərabərsəviyyəlidir. Hansısa milli digərindən nə güclüdür, nə də çox zəyif"

Monteneqronun nisbətən digər rəqiblərdən güclü olduğunu deyən Diniyev, hazırkı Millətlər Liqasının qrupu ilə ilk dəfə çıxış etdiyimiz Millətlər Liqasındakı qrupun müqayisəsində isə bunları dedi:

"Bunu hətta futboldan xəbərsiz adam da bilir ki, birinci dəfə çıxış etdiyimiz Millətlər Liqasında şanslarımız indikindən qat-qat çox idi.

Biz onda birinci səbətdə çıxış edirdik. Kosovo 4-cü səbətdən, Malta və Farer Adaları isə 2-ci, 3-cü səbətlərdən bizə rəqib olmuşdular. O, qrupdan lider kimi çıxmaq hazrkı qrupdan daha asan idi".

Digər Xəbərlər
Xəbər Lenti