Elxan Məmmədov: "Bütün rəqiblər bizim səviyyəmizdədir"

3 Mart 2020 22:40 Milli komanda 852
Elxan Məmmədov: "Bütün rəqiblər bizim səviyyəmizdədir"

"Düşünürəm ki, eyni səviyyədə komandalardır".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "CBC Sport" kanalına deyib.

Qurum rəsmisi Amsterdamda keçirilən UEFA Millətlər Liqasında 2020-21 mövsümünün püşkünün nəticəsini dəyərləndirib. Məmmədov C liqasının 1-ci qrupunda qərarlaşan yığmamızın Lüksemburq, Kipr və Monteneqroya rəqib olmasına münasibət bildirib:

"Monteneqronu fərqləndirmək olar. Bir qədər güclü komandadır. Ümumilikdə bütün rəqiblər bizim səviyyəmizdə olan komandalardır. Yaxşı mübarizə olacaq. Onların hamısı ilə oynamaq olar".

Digər Xəbərlər
Xəbər Lenti