Azərbaycan yığmasının ölkədən çıxışına əngəl yarandı

3 Mart 2020 18:12 Milli komanda 1 143
Azərbaycan yığmasının ölkədən çıxışına əngəl yarandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı ləğv olunub.

Sportinfo.az xəbər verir ki, səbəb koronavirus epidemiyasıdır.

Yığmamızn martın 16-da sözügedən ölkəyə yollanmalı, yerli komanda ilə 2 yoldaşlıq görüşündə myedana çıxmalıydı. Son qərar Samir Əliyevin bütün planlarını pozub.

Çünki U-19 nə fevral, nə də martda beynəlxalq oyun keçirə bilib. O, aprel və sonrakı aylarda yoldaşlıq görüşü və təlim-məşq toplanışı təşkil etmək niyyətindədir.

U-19 Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsində 8-ci qrupda Fransa, Yunanıstan və Moldova ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 7-də, 10-da və 13-də Moldovada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti