Elxan Məmmədov: “Orada baş məşqçinin adı açıqlanacaq”

2 Mart 2020 21:40 Milli komanda 1 181
Elxan Məmmədov: “Orada baş məşqçinin adı açıqlanacaq”

“Siyahımızda olan 6 baş məşqçinin bəziləri ilə hələ əlaqə saxlamamışıq”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi milli komandanın yeni baş məşqçisinin hələ müəyyənləşmədiyini, namizədlərlə danışıqların davam etdiyini söyləyib:

“Namizədlərlə əlaqə saxlayırıq, şərtlərini öyrənirik, öz şərtlərimizi deyirik. Mətbuatda oxuduq ki, Covanni De Byazi artıq baş məşqçi təyin olunub. Amma belə bir şey yoxdur. Heç kimlə anlaşma əldə edilməyib, qərar verilməyib”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti