"Oyunu ləğv etmək zərurəti yaransa, biz bu addımı atacağıq”

29 Fevral 2020 16:12 Milli komanda 633
"Oyunu ləğv etmək zərurəti yaransa, biz bu addımı atacağıq”

Milli komandaların yoxlama oyunları ləğv edilə bilər.

bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, koronavirus üzündən qarşıdakı yoxlama oyunlarının ləğvi istisna deyil: “Mən heç nəyi istisna edə bilmərəm. İnsan sağlamlığı futbol matçından çox-çox qiymətlidir.

Ümid edirəm ki, vəziyyət yaxşılaşacaq, amma gündən-günə əksinə pisləşir. Əgər oyunu ləğv etmək və ya azarkeşsiz keçirmək zərurəti yaransa, biz bu addımı atacağıq”.

Milli komandaların yoxlama oyunları üçün növbəti pəncərə martın sonlarında olacaq. Həmin vaxt Maltada toplanışda olacaq

Azərbaycan yığması Lixtenşteyn və meydan sahibləri ilə yoxlama görüşləri keçirməlidir. Matçların ləğvi Maltadakı görüşlərə də təsir edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti