Təklif olunan şərtlər Balayevi ŞOK etdi, geri qayıtdı!

29 Fevral 2020 11:34 Milli komanda 1 924
Təklif olunan şərtlər Balayevi ŞOK etdi, geri qayıtdı!

Emil Balayevin "Bude-Qlimt"ə keçidi alınmayıb. Sportinfo.az-ın məlumatına görə, o, 4 saatdan sonra Azərbaycana qayıdacaq.

İki gün Norveçdə qalan millimizin qapıçısı yerli klubla müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyib.

Daha doğrusu, Skandinaviya təmsilçisinin irəli sürdüyü təklif gözləntilərin altında qalıb. 2 illik müqavilə üzərində dayanan "Bude-Qlimt" sonda cəmi 3 min avro maaş üzərində dayanıb.

Üstəlik, məişət təminatını da üzərinə götürməyib. Belə ki, kirayə mənzil, avtomobil və qidayla bağlı vacib məsələləri həll etməyi Balayevin özünə buraxıblar.

Bu isə təbii ki, yığmamızın istedadlı kiperini razı salmayıb.

Axı Norveç bahalı ölkədir və bu şərtlərdə 3000 avro maaşla ayı tamamlamaq qeyri-mümkündür. Komandanın təmsil etdiyi Bude şəhərində premimum sayılmayan kiçiv evlərin kirayəsi 1200 avrodan başlayır.

Təkcə bir nahar 30 avrodan yuxarıdır. Maşın üçün rent-kara müraciət isə 700 avronun əldən çıxması deməkdir. Ümumi məsrəfi üst-üstə gələndə, gərək öz cibindən hər ay 2-3 min avro da xərcləməlisən ki, yaşaya biləsən.

Bildiyimizə görə, Emil oyun praktikası qazanmaq xatirinə 3000 avro qarşılığında oynamağa razılıq verib. Bir şərtlə ki, klub ev və maşınla bağlı çətinliyi aradan qaldırsın.

Fəqət "Bude-Qlimt" rəhbərliyi büdcənin buna imkan vermədiyini söyləyib və fikirləşmək üçün Balayevə 1 ay vaxt verib. Odur ki, Balayev müqaviləyə imza atmadan vətənin yolunu tutub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"