Emilin atası: "Şərtlər sərfəli olsa, müqavilə bağlayacaq"

27 Fevral 2020 16:00 Milli komanda 1 315
Emilin atası: "Şərtlər sərfəli olsa, müqavilə bağlayacaq"

Millimizin qapıçısı Emil Balayev hazırda Norveçdədir.

Bu barədə Sportinfo.az-a onun atası Nazim Balayev məlumat verib.

Emil yerli “Bude-Qlimt” ilə danışıqlara başlayıb. Hal-hazırda 25 yaşlı futbolçumuz əsas qapıçı kimi düşünülür.

E.Balayevin son klubu Qazaxıstan “Tobol”u olub. Bu qış futbolçumuz qazaxlarla müqaviləni ləğv edib və hazırda azad agent statusu daşıyır.

Balayevin bu gün Bude şəhərində klubun gedib. məşqçi heyəti ilə görüşü gözlənilir. Belə görüşlər Norveçdə futbolçu ilə danışıqlarda ənənəvi qayda hesab olunur.

Nazim bəyin bildirdiyinə görə, o, oğlunun yeni klubu ilə 1 illik müqavilə bağlamasını istəyir: “Emil bir neçə saat əvvəl ora çatıb.

Onu Norveçə baxışa çağırmayıblar. Birbaşa kontrakta dəvət olunub. İndi bəzi şərtlər var, onlar müzakirə olunmalıdır.

Emil getdi ki, müqaviləni oxusun, şərtləri öyrənsin. Sərfəli olsa, qol çəkəcək. Bura maliyyə və məişət şərtləri daxildir.

Seçim Emilindir. Mən, sadəcə, valideyn kimi ona öz məsləhətimi vermişəm. Emil peşəkar, öz işini yaxşı bilən ağıllı insandır. Nə qərar versə, biz ona hörmətlə yanaşacağıq».

Digər Xəbərlər
Xəbər Lenti