Yığmamızın yeni sükançısı: "Mən onların qarşısına bəzi şərtlər qoydum"

27 Fevral 2020 00:42 Milli komanda 1 825
Yığmamızın yeni sükançısı: "Mən onların qarşısına bəzi şərtlər qoydum"

Bir neçə gün əvvəl AFFA 18 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisini açıqladı.

Sportinfo.az xəbər verir ki, sözügedən yığmanı bundan sonra Elxan Abdullayev çalışdıracaq.

Əslində onun təyinatı gözlənilən idi. Mütəxəssis bir müddət əvvəl dəvət aldığını, amma müəyyən səbəblərə görə razılaşmadığını açıqlamışdı. Dünən Elxan Abdullayevlə əlaqə saxlayıb, təyinatı ilə bağlı söhbətləşdik.

Mütəxəssis AFFA ilə bir aya yaxındı danışıqlar apardığını dedi: “Təyinat oldu, bununla bağlı mətbuatda kifayət qədər xəbərlər yazıldı. Planlara və başqa məsələlərə tezliklə aydınlıq gələcək.

Bu təklifi əvvəl müsbət qarşılamamağa gəlincə, söhbət belə oldu ki, Məşqçilər Komitəsi və baş əlaqələndirici tərəfindən namizədliyim irəli sürüldü. Mən onların qarşısına bəzi şərtlər qoydum.

Onlar bu şərtlərə, suallara dərhal cavab verə bilmədilər. Ona görə də təklifə konkret münaisbət bildirməmişdim, nə “hə” demişdim, nə də “yox”. Daha sonra bildiyiniz kimi, 17 yaşlılardan ibarət milli ilə Antalya toplanışına getmişdik.

Qayıdandan sonra yenə məni çağırıb, görüşdülər. Onlara verdiyim suallara, şərtlərə cavab verdilər. Ona görə də millidə işləməyə razılıq verdim. Təxminən bir aya yaxın idi ki, bu barədə müzakirələr, görüşlər baş tuturdu”.

Digər Xəbərlər
Xəbər Lenti