Renat "Derbi" ilə oynadı, “Vulverhempton” məğlub oldu

26 Fevral 2020 09:58 Milli komanda 1 031
Renat "Derbi" ilə oynadı, “Vulverhempton” məğlub oldu

İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Derbi Kaunti”nin U-23 kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matç “Vulverhempton”un məğlubiyyəti ilə başa çatıb – 1:3.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. H qrupunda yer alan və keçirdiyi 6 oyuna 9 xal toplayan “Vulverhempton” “Derbi Kaunti”nin (12 xal) ardından ikinci yeri tutub və pley-off mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti