Əkiz qardaşlardan biri millimizə lazım oldu - FOTO

22 Fevral 2020 10:24 Milli komanda 1 568
Əkiz qardaşlardan biri millimizə lazım oldu - FOTO

"Hoffenhaym"ın müdafiəçisi Kaan Özkaya Azərbaycanın U-19 yığmasına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, Mannheymdə doğulan 18 yaşlı gəncin Türkiyə və Almaniya vətəndaşlığı var.

Kaan "Hoffenhaym"ın yetirməsidir. O, yeni mövsüm U-17 komandasından U-19-a yüksəlib. Özkayanın "Hoffenhaym"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Kaanın əkiz qardaşı Mərt də "Hoffenhaym"ın üzvüdür. Mərt yarımmüdafiə mövqeyində çıxış edir. Qardaşların fevralın 18-də 18 yaşları tamam olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!