Avcının Azərbaycan millisini çalışdırmaq şərtləri – 3,5 milyon, 8-12 köməkçi…

21 Fevral 2020 13:16 Milli komanda 1 378
Avcının Azərbaycan millisini çalışdırmaq şərtləri – 3,5 milyon, 8-12 köməkçi…

Nikola Yurçeviçi ötən ilin dekabrında millinin baş məşqçi postundan uzaqlaşdıran AFFA-nın axtarışları əsas fazaya daxil olub.

32 nəfərlik ilkin siyahıda yer alan namizədlərin sayı xeyli azalıb.

Onlardan Abdullah Avcının Azərbaycan komandasını çalışdırma ehtimalı davam edir. Türkiyə mətbuatı ilk dəfə Sportinfo.az-ın yaydığı xəbəri inkişaf etldirərək, onun hələlik məsələ ilə bağlı konkret fikir bildirmədiyini yazır.

Belə ki, türkiyəli mütəxəssis üstünlüyü klub çalışdırmağa verir. Avcı “Beşiktaş”dan ayrıldıqdan sonra ona bir neçə Süper Liqa təmsilçilərindən təklif olub.

Ancaq o, karyerasını ölkəxaricində davam etdirmək niyyətindədir. 56 yaşlı çalışdırıcı hazırda Avropa klublarının bir ilə danışıqlar aparır. Əgər danışıqlar müsbət nəticələnməsə, Avcı AFFA rəhbərliyi ilə masa arxasına oturacaq

Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-2013-cü illərdə Türkiyə millisini çalışdırıb.

Bir neçə həftə öncə İsanbul nəhənginin sükanıi arxasından uzaqlaşdırılan çalışdırıcı hər ay təzminat olaraq 1 milyon lirə alır. Azərbaycanda işləməyə razılıq versə, həmin pul avtomatik kəsiləcək.

Bu, «Beşiktaş»la onun arasında bağlanmış müqavilə üzrə tənzimlənir. Belə ki, aldığı yeni təkliflərdən birini dəyərləndirmədiyi müddətdə «qara qartallar» Avcıya təzminat ödəyəcək.

Sportinfo.az-ın məlumatına görə, türkiyəli kifayət qədər ağır şərtlər irəli sürüb. «Beşiktaş»la illik müqaviləsi 5 milyon manat civarında olan mütəxəssis sonradan daha 2 il artırılmaq şərtiylə AFFA-dan iki illik müqavilə tələb edib. Təkcə özünə 12 ay üçün 3,5 milyon dollar istəyib.

Avcı məşqçi və texniki korupusunda minium 8-12 nəfərin yer alacağını şərit qoyub. Kimlərlə çalışacağını da AFFA deyil, özü müəyyənləşdirəcək. Federasiya yalnız 1 yerli məşqçini ona təklif edə biləcək.

Türkiyənin ən güclü məşqçilərindən biri hesab olunan Abdullah hoca hazırda Azərbaycan futbolu haqda məlumatlar toplayır. Onun köməkçiləri vaxtilə burada çalışmış məşqçi və futbolçulardan bir neçəsiylə əlaqə saxlayıb, onların fikrini soruşub.

Bütün hallarda Avcının bu təklifdən ikiəlli yapışdığını demək olmaz. O, Azərbaycana «hə» deməyi özü üçün son variant olaraq saxlayıb. AFFA ümid bəsləyir ki, Avcının aldığı digər təkliflər həyata keçməyəcək və güzəştə gedəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!