Məşhur şirkət azərbaycanlı futbolçunun sponsoru oldu

19 Fevral 2020 17:12 Milli komanda 944
Məşhur şirkət azərbaycanlı futbolçunun sponsoru oldu

Renat Dadaşov yeni sponsorluq anlaşması bağlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü "Adidas" şirkəti ilə 3 illik müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən, yeni butslar satışa çıxarılanda Renata ən azı 3 dəst veriləcək. Futbolçuya xüsusi büdcə ayrılıb və o, dünyanın istənilən "Adidas" mağazasından idman dəsti və butsı ala biləcək.

Digər Xəbərlər
Xəbər Lenti