Sportinfo.az-ın xəbəri doğruldu: Millimizdə daha bir legioner!

18 Fevral 2020 12:00 Milli komanda 898
Sportinfo.az-ın xəbəri doğruldu: Millimizdə daha bir legioner!

Bəli, Sportinfo.az-ın fevralın 6-da tirajladığı daha bir xəbər rəsmi təsdiqini tapdı (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/77383.html).

AFFA "Keşlə"nin legioneri Sezar Meza Kollini milliləşdirməyi qərara alıb.

Qurumun rəsmi saytının məlumatına görə, Paraqvay əsilli italiyalı yarımmüdafiəçinin FIFA-nın müvafiq qaydaları əsasında Azərbaycan yığmasına cəlb olunması nəzərdə tutulub.

29 yaşlı oyunçu Azərbaycanda fasilələrlə 2013-cü ildən çıxış edir. O, 2 mövsüm Bakı "İnter"inin (hazırkı "Keşlə") formasını geyinib.

2015-ci ilin yayında Azərbaycan klubundan ayrılan futbolçu 6 ay sonra yenidən bu komandaya qayıdıb. 2016-cı ilin iyununda "Zirə"yə keçən yarımmüdafiəçi 2018-ci ilin qışında yenidən "Keşlə"yə qayıdıb.

Sezar Meza Kolli həmin mövsümün sonunda Rumıniyanın "Universitatya" klubu ilə müqavilə bağlayıb. "Keşlə"yə 3-cü qayıdışı isə 2019-cu ilin yayına təsadüf edib. Meza Kolli həmin vaxtdan paytaxt təmsilçində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!