AFFA daha bir LEGİONERİ MİLLİLƏŞDİRMƏYƏ HAZIRLAŞIR

6 Fevral 2020 01:38 Milli komanda 797
AFFA daha bir LEGİONERİ MİLLİLƏŞDİRMƏYƏ HAZIRLAŞIR

AFFA milliləşdirmənin növbəti mərhələsinə start verməyə hazırlaşır.

Sportinfo.az bu barədə quruma yaxın mənbələrdən məlumat alıb.

Redaksiyamıza məlum olub ki, hazırda federasiyanın siyahısında 2-3 namizəd var. Yeni baş məşqçinin təyinatınadək bu proseduru başa çatdırmaq istəyən AFFA-nın ilk hədəfi Sezar Meza Kollidir.

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov paraqyaylı yarımmüdafiəçi ilə bağlı «Keşlə»nin Müşahid Şurasının sədri Zaur Axundova öz tapşırıqlarını verib. O da öz növbəsində cənubi amerikalı legionerlə danışaraq, razılığını alıb.

AFFA artıq sənədləşmə ilə əlaqəli işləri görməyə başlayıb və yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.

Paraqvaylı ötən ilin yayında Rumıniyanın “Universitatya Krayova” klubundan 1 illik icarəyə götürülüb. Ölkəmizdə "Zirə”də də çıxış etmiş Sezar "Keşlə"də iki müxtəlif vaxtda oynayıb.

Bu, ilk dəfə komanda "İnter" adlananda olub. 2018-in qış fasiləsində ölkəmizə qayıdan Meza Kolli "Keşlə"ylə yarım illik müqavilə imzalamışdı (13 oyun, 4 qol).

Mövsümün sonunda Azərbaycan Kubokunu qazandığı klubla müqavilənin müddətini 1 illiyə uzadan legioner Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra Rumıniyadan aldığı təklifi dəyərləndirərək anlaşmasını qarşılıqlı razılıqla pozdu.

2018-ci ilin ilin avqustunda "Universitatya Krayova”ya gedən 29 yaşlı yarımmüdafiəçinin Rumıniya karyerası uğurlu alınmayıb.

Gedən kimi zədə alan və uzun müddətə sıradan çıxan, daha sonra 15 oyunu qolsuz keçirən futbolçu əvəzedici heyətdə də fərqlənməyib. Bu səbəbdən mövsüm bitən kimi onunla yollar ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti