Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

25 Yanvar 2020 23:40 Milli komanda 747
Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb.

U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib. Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.

Samir Əliyevin baş məşqçi olduğu U-19 daha əvvəl "Alanyaspor"u yenib - 4:2.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"