Ruslardan azərbaycanlı forvarda - "Ümidləri doğrultmadı və getdi"

25 Yanvar 2020 14:14 Milli komanda 751
Ruslardan azərbaycanlı forvarda -

"Dinamo" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi "Mlada-Boleslav"ın futbolçusu Nikolay Komliçenkonu transfer edib. Məlumatı Çexiya klubunun rəsmi saytı da yayımlayıb.

Rusiyalı jurnalistlər 24 yaşlı forvardın keçidini müzakirə ediblər. Rusiyalı oyunçunun "Dinamo"nun ön xəttindəki problemi aradan qaldıra biləcəyini iddia edən "sportsdaily.ru" saytı qış fasiləsində komandadan göndərilən millimizin üzvü Ramil Şeydayevdən də yazıb:

"Əsas odur ki, Komliçenko Kirill Novikovun komandasında qol vurmalıdır. Mərkəz hücumçusu axtarışı "Dinamo"nun hələ yay transfer pəncərəsində ən birinci hədəfi idi. Amma bütün mümkün variantlar alınmadı. Paytaxt təmsilçisi bitirici hücumçu əvəzinə "Ufa"dan Silvestr İqbunu icarəyə götürdü. Onu isə qolçu adlandırmaq çətindir. Hətta layiqli hücum futbolu oynadıqları matçlarda belə, komanda əsl bombardirin yoxluğundan əziyyət çəkdi. Azad agent kimi götürülən "Zenit"in yetirməsi Ramil Şeydayev də ümidləri doğrultmadı və yanvarda getdi".

Qış fasiləsində "Dinamo"dan ayrılan Şeydayev hazırda klubsuzdur.

Digər Xəbərlər
Xəbər Lenti