COP29

Qurban Qurbanovun oğlu: "Mən ondan soruşmamışam ki..."

1 Dekabr 2023 14:20 Milli komanda 924
Qurban Qurbanovun oğlu: "Mən ondan soruşmamışam ki..."

"Yurqorden"in (İsveç) hücumçusu Musa Qurbanlı atası Qurban Qurbanovun adının Azərbaycan millisinin baş məşqçiliyinə namizədlər sırasında hallanması ilə bağlı məsələyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu "CBC Sport"da yayımlanan "Start" verilişində bununla bağlı sualı cavablandırıb.

O bildirib ki, Q.Qurbanovla şəxsən təkbətək bu barədə söhbətləri olmayıb:

"Mən ondan soruşmamışam ki, milliyə gedirsən, ya yox. Amma hiss etdiyim,

fikirləşdiyim odur ki, açığı, mən onun milliyə baş məşqçi gəlməsini real görmürəm. Yenə də bilmirəm, necə olar..."

M.Qurbanlı millinin gələcək baş məşqçisi olaraq kimi görmək istəməsi barədə danışarkən isə deyib:

"Kim məşqçi olmalıdır? Mən bu suala cavab verə biləcək şəxs deyiləm.

Buna futbolçu kimi cavab verə bilərəm ki, səmimi şəkildə mənim üçün kimin məşqçi olmasının fərqi olmayacaq.

Yəni heç nə dəyişməyəcək. Öz işimi necə görürdüm, bundan sonra da elə də davam etdirəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"