Canni De Byazi: "Bakıda Tanrı kimi yaşayırsan"

19 May 2022 00:30 Milli komanda 791
Canni De Byazi: "Bakıda Tanrı kimi yaşayırsan"

"Üç milyon əhalisi olan Bakıda Tanrı kimi yaşayırsan.

Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə "bresciaingol.com" saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, demək olar, bütün əcnəbilərin yaşadığı kompleksdə, dəniz sahilində mənzili var:

"Getdiyiniz yerdən asılı olmayaraq, hər zaman yollarda sıxlıq və tıxac olur. Burada hər cür mətbəxi olan restoranlar, italyan məhsulları satan supermarketlər var".

Digər Xəbərlər
Xəbər Lenti