Azərbaycanlı aktrisa Ronaldonun sevgilisi ilə eyni geyimdə qırmızı xalıya çıxdı - FOTOLAR

15 Sentyabr 2020 21:00 Maraqlı 1 137
Azərbaycanlı aktrisa Ronaldonun sevgilisi ilə eyni geyimdə qırmızı xalıya çıxdı - FOTOLAR

Rejissor Hilal Baydarovun ərsəyə gətirdiyi "Səpələnmiş ölümlər arasında" filmi 77-ci Venesiya Film Festivalında "Qızıl şir" mükafatı uğrunda mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, qırmızı xalıda rejissoru aktyorlar Orxan İsgəndərli və Rәna Әsgәrova müşayiət edib.

R.Əsgərova tədbirdəki geyimi ilə diqqət çəkib. O, çəhrayı rəngin tonlarında, dərin yarıqlı, “Su pərisi” modelli don geyinib. Həmin geyim modelindən dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez də istifadə edib.

Onun geyimi “Pronovias” imzalıdır. Azərbaycanlı aktrisanın Rodrigezlə bənzər saç modelinə üstünlük verməsi də diqqətdən qaçmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!