105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı, 5 nəfər vəfat etdi

8 Avqust 2020 15:46 Maraqlı 625
105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı, 5 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti