
Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı, ağır atlet Rza Toni ilə tanışlığından danışıb.
Sportifno.az xəbər verir ki, müğənni “7 canlı” proqramında qeyd edib ki, təbrizli əri onun əvvəl mühafizəçisi və sürücüsü olub:
“Bizi tanış ediblər. Həyat yoldaşım Rza İran vətəndaşı idi, Kanadaya yaşamağa gedirdi. Bir müddət mənim sürücüm və cangüdənim oldu. Kanadaya getdi, sən demə, mənə aşiq olubmuş. Ayrılıq 6 ay çəkdi.
Bir də gördüm ki, qayıdıb, təəccübləndim. Sevgisini hiss etdirmişdi. Cavab vermişdim ki, olmaz! Mənim də övladlarım var, o, subay idi, evlənməliydi, uşaqları olmalıydı”.