"Əhalinin 70 faizi yoluxsa, öhdəsindən gələ bilməyəcəyik"

3 İyul 2020 23:00 Maraqlı 882
"Əhalinin 70 faizi yoluxsa, öhdəsindən gələ bilməyəcəyik"

“Bu gün koronavirusun ikinci alovlanması baş verir”.

Sportinfo.az xəbər verir ki, bunu biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliyin birinci dövründə yoluxma və ölüm sayı az idi: “İkinci alovlanma dövründə, təəssüf ki, yoluxma və ölüm sayları artdı. Bu səbəbdən dövlət karantin rejimini sərtləşdirməyə məcburdur.

Əgər əhalimizin 70-80 faizi bu virusa yoluxsa, bunun öhdəsindən gələ bilməyəcəyik. Yalnız karantin rejimi qaydalarına riayət edilərsə, mübarizə apara bilərik. Maksimum xəstəliyə yoluxmadan qorunmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM