Bakının ən çox hansı rayonunda yoluxma var?

3 İyul 2020 21:50 Maraqlı 823
Bakının ən çox hansı rayonunda yoluxma var?

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, ən çox yoluxma Binəqədi rayonundadır: “Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir.

Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Piallahıda 0.3 faiz təşkil edib".

Digər Xəbərlər
Xəbər Lenti