"Formula 1" üzrə Niderland Qran-prisi təxirə salındı - RƏSMİ

28 May 2020 16:42 Maraqlı 362
"Formula 1" üzrə Niderland Qran-prisi təxirə salındı - RƏSMİ

"Formula 1" üzrə Niderland Qran-prisinin keçirilməyəcəyi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Niderland Qran-prisinin mətbuat xidməti bu barədə məlumat yayıb:

"Koronavirus pandemiyası səbəbindən Niderland Qran-prisi 2021-ci ilə təxirə salındı. Bütün biletlər etibarlılığını qoruyur. Təhlükəsizliyinizə fikir verin".

Niderland Qran-prisi 30 illik fasilədən sonra "Formula 1"-in təqviminə qayıtmalı idi. İlkin planlara görə, sözügedən mərhələ 1-3 may tarixləri aralığında "Zandvort" avtodromunda keçirilməli idi.

"Formula 1"-də yeni mövsümün 5 iyulda Avstriya Qran-prisi ilə start götürəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti