Budur, koronanın zərdabı 2019-da buraxılıb: Həkimin cavabı - VİDEO

27 Mart 2020 17:38 Maraqlı 802
Budur, koronanın zərdabı 2019-da buraxılıb: Həkimin cavabı - VİDEO

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrdə koronavirusun bilərəkdən yaradılması və buna qarşı hələ 2019-cu ildə “Arbedol” adlı dərman preparatı hazırlandığı ilə bağlı video yayılıb.

Videonu çəkən rusiyalı iddia edir ki, xəstəlik təsadüfi bə təbii deyil və onun dərmanı hələ 2019-dan mövcuddur.

O, fikirlərini dərman içliyində koronavirusla bağlı yazılan məlumatlarla əsaslandıraraq qeyd edir ki, “Arbedol” preparatı koronaya qarşıdır.

Yayılan videonu Axar.az-a şərh edən tibb üzrə professor Adil Qeybyulla bildirib ki, “Arbedol” dərmanı antiviral dərmanlardan biridir və koronavirusun, yuxarı tənəffüs yollarında iltihab törədən virus infeksiyalarının müalicəsində istifadə olunur:

“Hansısa dərman preparatının içliyində “koronavirus” sözünün yazılmasında qeyri-adi heç nə yoxdur. Bu virus dünyaya illərdir tanışdır. Koronavirusun Mers, Sars növləri də var. Hazırda söhbət Covid-19 ştamından gedir axı.

Hazırda bu ştama qarşı heç bir müalicə yoxdur. Yalnız söhbət yardımçı müalicələrdən, immun sistemini möhkəmləndirə bilməkdən gedə bilər. Ona görə də bu kimi alver predmeti olan təbliğatlara insanlar uymamalıdır. Daha çox rəsmi məlumatlara inanmaq və riayət etmək lazımdır”.

A.Qeybulla bildirib ki, bu preparat antiveral preparatlardan biri olsa da, hazırki ştam, Covid-19-a qarşı effektiv deyil: “Bu cür dərmanlardan istifadə etmək qətiyyən olmaz. Operativ Qərargah var gücü ilə çalışır.

Həkimlər bununla bağlı məlumatlar da verir. Əgər hər hansısa preparatın istifadəsi məsləhət görülsə, bu barədə rəsmi açıqlama veriləcək. Heç bir əsası olmayan qeyri-rəsmi məlumatlara uymaq, əməl etmək düzgün deyil. “Arbedol” preparatı Covid-19-a qarşı deyil”.

Digər Xəbərlər
Xəbər Lenti