
"Napoli"nin azarkeşləri "Yuventus"un baş məşqçisi Maurisio Sarrini təhqir ediblər.
Sportinfo.az xəbər verir ki, fanatlar İtaliya A Seriyasının 21-ci turunun bu gecə keçiriləcək "Napoli" - "Yuventus" oyunundan öncə "Sao-Paolo" stadionunun qarşısında məşqçinin ünvanına "Sarri - qoca əclaf, "Yuventus" haqqında çox danışdın və sonra şalvarını çıxardın" şüarı ilə böyük banner açıblar.
61 yaşlı Sarri 2015/2018-ci illərdə məhz Neapol klubunun baş məşqçisi olub. 2019-cu ilin iyunundan Turin klubuna rəhbərlik edir.