Belə qol ancaq 33 ildə bir dəfə vurulur - VİDEO

9 Noyabr 2019 15:26 Maraqlı 729
Belə qol ancaq 33 ildə bir dəfə vurulur - VİDEO

Cəmi 11 il peşəkar səviyyədə futbol oynamasına baxmayaraq, "idmanın şahı"nı zədə üzündən vaxtsız tərk edən Marko van Basten bu gün də dillər əzbəridir.

Sportinfo.az xəbər verir ki, niderlandlı əfsanə daha çox 1988-ci ilin Avropa çempionatının finalında SSRİ-nin qapıçısı Rinat Dasayevə vurduğu möhtəşəm qolla yaddaşlarda qalıb.

Lakin canlı əfsanəni sevdirən başqa bir qol da var. Bu, 1986-cı ildə Niderland çempionatının "Ayaks" - "Den Boş" görüşündə qeydə alınıb. Məhz 33 il əvvəl, noyabrın 9-da van Bastenin akrobatik zərbə ilə vurduğu qolu yaşlı nəsil daha yaxşı xatırlayar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu