COP29

Kubokun finalında adamları təəccübləndirən şəxs kim imiş?

5 İyun 23:00 Maraqlı 618
Kubokun finalında adamları təəccübləndirən şəxs kim imiş?

Azərbaycan kubokunun final görüşündəki hakim idarəçiliyində ciddi qüsur aşkarlanmadı.

İllərin təcrübəsi Rəvan Həmzəzadə “Qarabağ” – “Zirə” matçında üzərinə düşən işin layiqincə gəldi.

Hakimliklə bağlı bir maraqlı məqam əksəriyyətin təəccübünə səbəb oldu. Ədalət təmsilçiləri meydana dörd yox, beş nəfərlik tərkibdə çıxmışdı.

Oyunun dördüncü hakimi Kamal Umudlu göstərilmişdi ki, baş məşqçilərə sakitləşməyi, əvəzetmələri və hissələrə artırılan dəqiqələri o həyata keçirirdi.

Lakin onun yanında əlavə hakim də var idi – Eyyub İbrahimov. Kamaldan fərqli, o, heç bir işə qarışmır, sadəcə, oyunu izləyirdi.

Görməyə alışmadığımız təcrübədən Çempionlar Liqasının “Real” – “Borussiya” finalında da istifadə olunub. Məhz bu qarşılaşmada dördüncü hakimin yanında əlavə bir referi dayanıb.

Bəs bu, nə üçündür?

Həlledici qarşılaşmanın gedişində baş hakimin səhhətində problem yaranarsa, yaxud zədələnib meydanı yarımçıq tərk edərsə, onu dördüncü hakim əvəzləyir.

“Dördüncü” fiti ağzına aldıqdan sonra yerinin boş qalmaması üçünsə ehtiyat hakim onun yerinə keçir. Bu addım xüsusi matçlar zamanı atılır.

Yəni sırf ehtiyatlı davranmaq üçün atılan addımdır. Başqa xüsusi səbəbi yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi