COP29

Məşhur cütlük gizli eşq yaşayır - FOTOLAR

30 May 02:40 Maraqlı 553
Məşhur cütlük gizli eşq yaşayır - FOTOLAR

Bir neçə həftə əvvəl "La Gazetta dello Sport" nəşri rusiyalı tennisçi Anna Kalinskayanın həmkarı, Avstraliya Açıq çempionu Yannik Sinnerlə eyni vaxtda Turində olduğunu xəbər vermişdi.

İtalyan tennisçi "Yuventus"un tibb mərkəzində zədəsini sağaldarkən Anna ona dəstək olub. Beləcə, onların münasibətdə olduğu üzə çıxıb.

Bir həftə sonra Sinner Monakoda pərəstişkarı ilə şəkil çəkdirəndə həmin anda Annanın ona zəng etdiyi məlum olub. Bununla söz-söhbətlər güclənib.

Nə Sinner, nə də Kalinskaya yayılan xəbərləri şərh etməyib. Birincisi, bu mərhələdə hələ də şərh edəcək heç nə olmaya bilər,

ikincisi, Paula Badosa və Stefanos Tsitsipas cütlüyündən fərqli olaraq, onlar şəxsi həyatlarını həmişə kameralardan uzaq tutublar.

Yanvar ayında nişanlanacaqları ilə bağlı suala Sinner belə cavab verib: “Mənim bir qızla olub-olmadığım heç vaxt sosial şəbəkələrimdən bilinməyəcək.

Çünki şəxsi məlumatları gizli saxlamağa üstünlük verirəm. Nişanlansam belə, şəkil qoymayacağam. Heç vaxt valideynlərimlə foto paylaşmamışam, bəlkə də bir dəfə qardaşımla olub".

Sinner və Kalinskaya "Rolan Qarrosdan "bir həftə əvvəl Parisdəki restoranlardan birində görünüblər. Bazar ertəsi Anna qapalı kortda oynayanda Yannik onun matçına gəlib.

Mövsümdə 29-cu qələbəsini qazanan Sinner, nəhayət, italyan müxbirləri ilə söhbətində şayiələri təsdiqləyib. Lakin təfərrüatlar olmadan: “Bildiyiniz kimi, şəxsi həyatım haqqında çox danışmağı sevmirəm. Bəli, mən Annanın yanındayam, amma heç nəyi reklam etməyəcəyik. Daha heç nə deməyəcəyəm”.

Kalinskaya da oxşar tipli açıqlama verib: “Biz bu il ünsiyyət qurmağa başladıq. Amma təfərrüatları sizə deməyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti