COP29

"Qəbələ"nin kapitanı şəhid dostundan yazdı - İLK DƏFƏ

10 Oktyabr 2023 19:40 Maraqlı 1 031
"Qəbələ"nin kapitanı şəhid dostundan yazdı - İLK DƏFƏ

"Qəbələ"nin kapitanı Asif Məmmədov Vətən Müharibəsində şəhid olan dostu Müşfiq Abbasovla bağlı paylaşım edib.

36 yaşlı yarımmüdafiəçi həm dostu, həm də döyüş yoldaşı olmuş Müşfiqin şəhid olduğu gün baş verənləri ilk dəfə öz votcap hesabında paylaşıb:

"Müşfiq Abbasov şəhid olmamışdan bir gün əvvəl postda idik. Oktyabrın 5-i idi. Növbəti gün səhər tezdən 3 postu yoxladıq.

Müşfiq dedi ki, bu müharibədir, heç nə bilmək olmaz, gəlin şəkil çəkdirək. Amma bu şəkilləri müharibə bitəndən sonra paylaşılacağını dedi.

Həmin gün də gecə saat 8-də birinci və ikinci posta basqın oldu. Bizə kömək üçün zəng etdilər. Beləliklə 9 nəfərlik qrup yaradıldı.

Mən də daxil olmaqla həmin qrupda 5 nəfər könüllü vardı. Həmin postlara doğru istiqamət aldıq.

Müşfiq Abbasov oğlu Şamil Abbasovla mənə mövqe seçməyi tapşırdı. Özləri isə içəri doğru hərəkət etdilər.

Həmin yerdə döyüş başladı. Müşfiqlə birlikdə 3 şəhidimiz oldu, amma postları toxunulmaz saxladıq.

Fəxr edirəm ki, Müşfiq Abbasovla çiyin-çiyinə mübarizə aparmaq, döyüş yoldaşı olmaq mənə qismət oldu.

Müşfiq kimi minlərlə şəhidlərimizin qanı yerdə qalmadı. Allah şəhidlərimizə rəhmət eləsin, millətimizi, dövlətimizi qorusun. Qarabağ Azərbaycandır".

26 Sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq İkinci Qarabağ müharibəsində döyüşə qoşulub.

Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir.

Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına Şəhid olmuşdur. O, Ağdam şəhidlər xiyabanında dəfn olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"