"Sumqayıt"da keflər yerində - Məclis qurub, görün, nə paylaşdılar - FOTO FAKT

5 Fevral 2023 18:00 Maraqlı 5 540
"Sumqayıt"da keflər yerində - Məclis qurub, görün, nə paylaşdılar - FOTO FAKT

"Sumqayıt" Premyer Liqanın 20-ci turunu qələbə ilə başa vurdu.

"Turan Tovuz" üzərində əzmkar qələbə (2:1) komandanın sonuncu pillədən qurtulması ilə bərabər, ilk altılığa da bir xeyli yaxınlaşdırmış oldu.

Bu, təbii olaraq komanda daxilində ab-havaya da müsbət mənada əməlli-başlı təsir edib.

Belə ki, kefləri yerində olan futbolçular məclis qurub, bir araya gəliblər.

Amma fərqli şəhərlərdə, iki qrup halında.

Sumqayıtda qurulan məclisə Vurğun Hüseynov başçılıq edib. Vuqar Mustafayev, Valiev İlnur, Stiven Pereyra, Dieqo Karioka, Todor Todoroski, Karim Abubakar, Aydın Bayramov, Süleyman Əhmədov və Alya Tureni başına cəm edən kapitan onlara çay qonaqlığı verib.

Digər qrupun məclisi isə Bakıda reallaşıb. Həm də daha təm-tərəqla.

Belə ki, Elvin Bədəlov, Elşən Abdullayev, Kamran Əliyev, Murata Masaki, Tisdel Terrensi ətrafına yığan Vüsal İsgəndərli onlara yaxşıca qonaqlıq verib.

Sonda isə kollektivin təcrübəli üzvlərindən olan Elvin Bədəlov hər iki məclisin fotosunu "Onlarda və Bizdə" başlığı ilə paylaşaraq əks "cəbhə"yə söz atmağı da unutmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti