Türkiyə Futbol Federasiyasından Azərbaycana təşəkkür paylaşımı

21 İyun 14:20 Maraqlı 269
Türkiyə Futbol Federasiyasından Azərbaycana təşəkkür paylaşımı

Türkiyə Futbol Federasiyası (TFF) Avro-2020-nin qrup mərhələsində milli komandanın Bakıda keçirdiyi iki oyuna görə Azərbaycana təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, TFF "Təşəkkürlər Qardaş Azərbaycan” başlıqlı minnətdarlığını rəsmi saytı vasitəsilə edib: “Dost və qardaş ölkə Azərbaycan Avro-2020 dönəmində və Bakıda keçirdiyimiz iki oyunda tribunaları “qırmızı-ağ” rənglərlə dolduraraq, mükəmməl bir qardaşlıq ruhu göstərdi. A milli komandamız, federasiyamız və bütün türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qonaq edən Azərbaycan “Tək millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Uelslə matçımızı izləyən Azərbaycan Prezidenti İlham Əliyev, AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla, bütün qurum və təşkilatlara örnək ev sahibliyinə görə təşəkkür edirik. Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin ildən-ilə davam edəcəyini bir daha bütün dünyaya göstərən Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, "ay-ulduzlular" Avro-2020-nin qrup mərhələsində Romada İtaliyaya (0:3), Bakıda isə Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olaraq turnirlə vidalaşıb.

Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"