LAYİHƏ: U-16 Liqası: Çempionat "qış yuxusu"ndan ayıldı

24 Yanvar 2018 00:20 Layihə 639
LAYİHƏ: U-16 Liqası: Çempionat "qış yuxusu"ndan ayıldı

«Bakcell U-17 Liqası»nın ardınca sabah U-16 Liqasında da qış fasiləsi başa çatacaq.

11 komandanın 3 dövrədə yarışdığı çempionatda 17-ci tur keçiriləcək.

10-cu pillədə qərarlaşan «Turan» bu tur istirahət edəcək. Digər 10 komandanın təşkil etdiyi cütlüklərdən «Neftçi» İK İB – «Keşlə» qarşılaşması adı birinci çəkilən komandanın Gürcüstanda olması səbəbindən təxirə salınıb. «Səbail» - «Vətən» oyunu isə bazar gününə təyin edilib.

25 yanvar

12:00 «Zirə» - «Qarabağ» (Aviasiya Akademiyasının stadionu)

13:30 «Sumqayıt» - «Neftçi» (Sumqayıt şəhəri, Kapitalbank Arena)

14:00 «Qəbələ» - «Kəpəz» (Qəbələ şəhər stadionu)

28 yanvar

14:30 «Səbail» - «Vətən» (Bayıl qəsəbə stadionu)

Cəzalı futbolçu: Zərrər Məmmədov («Kəpəz»).

Bombardirlər: Emil Quluzadə («Vətən»), Fərid Xasıyev («Turan») – 9 qol.

"Het-trik news" və Sportinfo.az saytının birgə layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti