İlkin Xəlilovun seçicilərlə növbəti görüşü - FOTOLAR

25 Yanvar 2020 16:52 Layihə 1 272
İlkin Xəlilovun seçicilərlə növbəti görüşü - FOTOLAR

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, Sportinfo.az saytının şef-redaktoru İlkin Fikrət oğlu Xəlilov seçicilərlə növbəti görüşünü keçirib.

Namizədin böyüyüb boya-başa çatdığı Gəndob kəndində keçirilən görüşdə kənd ağsaqqalları, orta və gənc nəslin nümayəndələri iştirak ediblər.Görüşə qatılanlar öz həmkəndlilərinin millət vəkilliyinə namizədliyini irəli sürməsini ruh yüksəkliyi ilə qarşıladıqlarını bildirib, ona qarşıdakı seçkidə uğur arzulayıb.

Namizəd İlkin Xəlilov kəndin və kəndlilərin problemlərindən danışıb, onların həlli üçün təkliflərini açıqlayıb. Sabah isə İlkin Xəlilovun Şabranın rayonunun mərkəzində, Mədəniyyət Sarayında seçicilərlə görüşü olacaq. Görüş saat 11-də başlayacaq.

Xəbər Lenti