Kamran Ağayevin atası deputatlığa namizəddən nə istədi?

27 Yanvar 14:07 Layihə 996
Kamran Ağayevin atası deputatlığa namizəddən nə istədi?

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, Sportinfo.az saytının şef-redaktoru İlkin Fikrət oğlu Xəlilov seçicilərlə növbəti görüşünü Şabran şəhərində keçirib.

Sportinfo.az xəbər verir ki, Rayonun Mədəniyyət Sarayında keçirilən görüşdə Şabran şəhərinin sakinləri ilə yanaşı, ətraf kəndlərdən gələn seçicilər də iştirak edib.

Görüş dövlət himninin səsləndirilməsi ilə başlayıb. Seciçilərə öz platforması haqda məlumat verən İlkin Xəlilov doğma rayonu üçün həll etmək istədiyi məsələlərdən danışıb. Bir şabranlı kimi rayonun problemlərindən xəbərdar olduğunu deyən deputatlığa namizəd işsizliyin azaldılması, yeni iş yerlərinin açılması üçün sahibkarlara dəstək, kəndlərdə su, qaz, yol problemləri, rayon mərkəzində və kəndlərdə təmizlik-abadlıq işləri və Şabran üçün digər vacib məsələlərin platformasında yer aldığını bildirib.

Millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər haqda məlumat verən İlkin Xəlilov daha sonra seçicilərin sual və fikirlərini dinləyib. Rayonun Surra kəndinin sakini illərdir içməli su problemindən əziyyət çəkmələrindən şikayət edib. Çölquşçu kənd sakini həm içməli su, həm də suvarmada böyük problem yaşadıqlarını vurğulayıb. Şabran şəhər sakinləri bəzi küçələrin bərbad vəziyyətdə, qışda keçilməz olmasından, bir çox yerlərdə zibil qutularının olmamasından, natəmizliyin baş alıb getməsindən gileyləniblər. Seçicilərin şikayətlərini dinləyən İlkin Xəlilov rayon mərkəzində, xüsusən "stansiya", "3 sotlar", "5 sotlar" və Dəvəçikənd ərazilərində abadlıq işlərinə ciddi ehtiyac duyulduğunu vurğulayıb. İlkin Xəlilov mövcud durumu obrazlı şəkildə belə ifadə edib: "Şabranın 2500 illik tarixi var. Bəlkə də qədim Şabran şəhərinin küçələri indiki Şabranın bəzi məhəllələrindən daha abad, daha səliqəli olub".

Tanınmış futbolçu, milli komandamızın keçmiş qapıçısı Kamran Ağayevin atası Adil Ağayev çıxışında yerli azarkeşlərin rayonda futbol klubunun yaradılmasını çox arzuladıqlarını bildirib. İlkin Xəlilov idmanın sağlam gənclik yetişdirmək üçün çox vacib olduğunu qeyd edərək, seçiləcəyi halda böyük futbolu yenidən Şabrana qaytaracağını bildirib.

Səmimi keçən görüşdən razı qalan seçicilər sonda 9 fevralda keçiriləcək seçkidə yekdilliklə İlkin Xəlilova səs verəcəklərini bildiriblər.

Xəbər Lenti
24 Fevral 22:20 Mahirdən ulduzla FOTO
24 Fevral 12:02 "FC Baku"dan davam - FOTO
24 Fevral 00:48 Londonda 5 qol - VİDEO
23 Fevral 18:40 Millimizi 0:7 uddular