Bu işi görməyə dəyər!

29 Dekabr 2019 10:10 Layihə 710
Bu işi görməyə dəyər!

2012-ci ildən elektron media ailəsinin üzvü olan Sportinfo.az saytı yeni mərhələyə qədəm qoyub. Sayt olaraq fəaliyyət sahələrimizi genişləndirməyi qarşımıza məqsəd qoymuşuq. Artıq bu istiqamətdə müəyyən işlər görmüşük və niyyətimiz daha da böyümək, inkişaf etməkdir.

Hazırda Sportinfo.az-da tanınmış idman jurnalistləri çalışır. Bu birgəliyin sayəsində ölkənin ən çox izləyiciyə malik idman saytlarının ilk "3-lüy"ünə daxil olmuşuq. Təbii ki, bununla kifayətlənmək istəmirik və zamanla yeni-yeni layihələr həyata keçirməyi planlaşdırmışıq.

Sportinfo.az hazırda ən çox istinad olunan saytlardan biridir. Yalnız idman mediası deyil, ölkə miqyasında ən tanınmış ictimai-siyasi KİV-lər də güvənilir mənbə kimi Sportinfo.az-ı seçir. Əlbəttə ki, bu, bizi sevindirdiyi qədər, məsuliyyətimizi də artırır.

Son vaxtlar görürük ki, Sportinfo.az-a maraq nə qədər artıb. Bir neçə biznes qurumundan və reklam agentliklərindən təkliflər almışıq.

Bu müstəvidə işimizi daha peşəkar səviyyədə qurmaq üçün təcrübəli reklam agentlərini əməkdaşlığa dəvət edirik. Saytımızda çalışmaq istəyənlər öz cv-lərini elektron ünvanımıza (sportinfoaz@gmail.com) göndərə bilər.

Xəbər Lenti