"İdman TV" 11 yaşında!

1 Fevral 2020 14:22 Layihə 1 561
"İdman TV" 11 yaşında!

Bu gün Azərbaycanın ilk idman telekanalı "İdman TV" 11 yaşını qeyd edir.

Sportinfo.az xəbər verir ki, telekanal 2009-cu ilin fevral ayının 1-də "İdman Azərbaycan" adı ilə tamaşaçıların görüşünə gəlib.

Avropanın bir çox aparıcı liqaları, dünya çempionatı, Olimpiya oyunları və digər nüfuzlu yarışlar "İdman TV"nin peşəkar şərhçilərinin vasitəsiylə izləyicilərə təqdim olunur.

Telekanal indi də dayanmadan inkişaf edir, təkcə idman meydanlarından və yarışlardan canlı yayımlarla deyil, müxtəlif maraqlı proqramlar, analitik verlişlərlə tamaşaçılarını sevindirir.

Həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

Xəbər Lenti