Bu gün U-16 Liqasında 16-cı tur çərçivəsində daha bir oyun keçirilib.
«Neftçi» Binə qəsəbə stadionunda «adaşı» - «Neftçi» İK İB-ni qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qələbə sayəsində «Neftçi» «Vətən» və «Zirə»ni keçərək turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Amma bu yer bakılılar üçün müvəqqəti ola bilər. Çünki «Vətən»lə «Zirə» 16-cı turdakı oyunlarına cümə axşamı çıxacaqlar.
«Vətən» «Neftçi Baza»da «Sumqayıt»ı qəbul edəcək. «Zirə»ə isə Yevlax şəhər stadionunda «Kəpəz»in qonağı olacaq. Hər iki oyun saat 13:00-da başlayacaq. Bu turdan sonra çempionatda yanvarın 22-ə kimi fasilə yaranacaq.
«Kəpəz» - «Zirə» matçının daha əvvəl Gəncə şəhəri TİM-nin meydanında oynanılması nəzərdə tutulmuşdu.
Lakin «Zirə» Futbol Akademiyasının rəhbərliyinin oradakı meydanın bərbad olduğunu əsas gətirərək AFFA-ya şikayət etməsindən sonra qarşılaşma Yevlax şəhər stadionuna keçirilib.
U-16 Liqasında 16-cı turda 2 oyun bazar günü keçirilib: «Qarabağ» - «Səbail» 4:1, «Turan» - «Qəbələ» 1:2.

Bombardirlər: Emil Quluzadə («Vətən»), Fərid Xasıyev («Turan») – 9 qol.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


