LAYİHƏ: U-17 Liqası: Axır ki, "Mil Muğan" da xal qazandı

26 Dekabr 2017 01:00 Layihə 968
LAYİHƏ: U-17 Liqası: Axır ki, "Mil Muğan" da xal qazandı

Dünən "Bakcell U-17 Liqası»nda 16-cı turun oyunları keçirildi.

Tur əsas bir məqamla yadda qaldı. İndiyə kimi keçirdiyi bütün oyunlarda məğlub olan «Mil Muğan» axır ki, qələbə qazandı.

«Xəzər Lənkəran»ı məğlub etməklə İmişli təmsilçisi həm də aktivinə ilk xallarını yazdı. «Mil Muğan» bu oyunda eyni zamanda 100-cü qolunu buraxdı.

Antirekord isə «Ağsu»ya məxsusdu. «Sumqayıt»la səfər oyununda əyalət təmsilçisi qapısında 9 qol görərək «100» həddini keçdi. 16-cı turda keçirilən oyunlar və qeydə alınan nəticələr belədir:

«Qəbələ» - «Neftçi» 4:0

«Kəpəz» - «Keşlə» 1:1

«Mil Muğan» - «Xəzər Lənkəran» 3:2

«Neftçi» İK İB – «Səbail» 1:3

«Sumqayıt» - «Ağsu» 9:2

«Qarabağ» - «Zirə» 0:3

Bombardirlər: Nicat Musayev («Neftçi») – 18 qol, Bayram Vəliyev, Xəyal Bədirov («Səbail») – 14 qol.

U-17 Liqasında 17-ci turun oyunları yanvarın 22-də keçiriləcək: «Qarabağ» - «Kəpəz», «Zirə» - «Sumqayıt», «Ağsu» - «Qəbələ», «Neftçi» - «Mil Muğan», «Xəzər Lənkəran» - «Neftçi» İK İB, «Səbail» - «Keşlə».

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti