U-16 Liqasında 16-cı turun təqvimi məlum olub.
Əvvəlki turlardan fərqli olaraq bu dəfə oyunlar 3 gündə keçiriləcək. Bu gün 2, çərşənbə axşamı 1, cümə axşamı isə 2 oyun baş tutacaq.
Bu turla həm də çempionatda yanvarın 25-ə kimi fasilə yaranacaq:
24 dekabr (bazar)
12:00 «Qarabağ» - «Səbail» («Bayıl Arena»)
14:00 «Turan» - «Qəbələ» (Tovuz şəhər stadionu)
26 dekabr (çərşənbə axşamı)
14:00 «Neftçi» - «Neftçi» İK İB (Binə qəsəbə stadionu)
28 dekabr (cümə axşamı)
13:00 «Vətən» - «Sumqayıt» («Neftçi Baza»)
13:00 «Kəpəz» - «Zirə» (Gəncə şəhəri, TİM-nin meydanı)

Bombardirlər: Emil Quluzadə («Vətən») – 9 qol, Rüfət Əhmədov («Qəbələ») – 8 qol, Fərid Xasıyev («Turan»), Samir Qasımov («Zirə») – 8 qol.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


