Sabah «Keşlə» - «Zirə» matçı ilə «Boulevard U-15 Liqası»nda 14-cü tura start veriləcək.
Bazar günü Bakı şəhərində yerləşən orta məktəblərin bəzilərində 9-cu siniflərə monitorinq salındığından həmin gün keçirilməsi nəzərdə tutulan oyunlar 1 gün əvvələ çəkilib. Məhz «monitorinq söhbəti»nə görə bu turun təqvimini əvvəlkilərlə müqayisədə bir qədər gec təqdim edirik.
15 komandanın iştirak etdiyi çempionatda məcburi istirahət növbəsi bu dəfə İsgəndər Cavadov BFA-nındı. Yeri gəlmişkən, birinci dövrə 15 turdan ibarət olsa da,
14-cü tur 2017-ci ildə sonuncudur. 15-ci turun oyunlarının 2018-ci il yanvarın 27-28-də keçirilməsi nəzərdə tutulub. Başqa sözlə, bu turdan sonra komandalar 5 həftəlik «qış yuxusu»na gedəcəklər.
23 dekabr (şənbə)
13:00 «Keşlə» - «Zirə» («İnter Arena», 4-cü meydan)
14:00 «Neftçi» İK İB – «Turan» (Lökbatan OİK-nin stadionu)
15:00 «Qəbələ» - «Səbail» (Qəbələ şəhər stadionu)
15:00 «Neftçi» - «Vətən» (Binə qəsəbə stadionu)
24 dekabr (bazar)
14:00 «Kəpəz» - «Sumqayıt» (Gəncə şəhəri, TİM-nin meydanı)
14:00 «Qarabağ» - «Viləş» (Sərhədçi OİK-nin meydanı)
15:00 İOEUGİM – «Zaqatala» (Sumqayıt şəhəri, «İnşaatçılar» stadionunun təlim-məşq bazası)
Turu buraxan futbolçu: Qüdrət Verdiyev («Turan»)
Bayaq qeyd etdiyimiz kimi, U-15 Liqasında 15-ci turun oyunları yanvarın 27-28-də keçiriləcək və bununla da 1-ci dövrə başa çatacaq: «Keşlə» - «Zirə», İOEUGİM – «Zaqatala», «Kəpəz» - «Sumqayıt», «Neftçi» İK İB – «Turan», «Neftçi» - «Vətən», «Qarabağ» - «Viləş», «Qəbələ» - «Səbail». Oyunların başlama vaxtı və keçiriləcəyi yerrlər barədə əlavə məlumat verəcəyik.

Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


