Bu gün U-16 Liqasında 15-ci turun oyunları keçirilib.
3 qarşılaşmada gözlənilməz nəticə qeydə alınıb. 2-ci yerin sahibi «Vətən» səfərdə «Neftçi» İK İB-ə, 4-cü pillənin sahibi «Neftçi» isə «İnter Arena»da «Keşlə»yə məğlub olub.
Ən böyük gözlənilməzlik «Səbail» - «Kəpəz» oyununda reallaşıb. İndiyə kimi aktivində cəmi 1 xal olan «Səbail» Gəncə təmsilçisini məğlub etməklə ilk qələbəsini qazanıb:
«Keşlə» - «Neftçi» 2:0
«Zirə» - «Turan» 3:2
«Səbail» - «Kəpəz» 1:0
«Neftçi» İK İB – «Vətən» 2:1
«Sumqayıt» - «Qarabağ» 1:0

Bombardirlər: Emil Quluzadə («Vətən») – 9 qol, Rüfət Əhmədov («Qəbələ») – 8 qol, Fərid Xasıyev («Turan»), Samir Qasımov («Zirə») – 8 qol.
U-16 Liqasında növbəti turun oyunları dekabrın 28-də keçiriləcək: «Neftçi» - «Neftçi» İK İB, «Vətən» - «Sumqayıt», «Qarabağ» - «Səbail», «Kəpəz» - «Zirə», «Turan» - «Qəbələ». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


